MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU İLƏ BAĞLI MÜSABİQƏDƏ İŞTİRAK ÜÇÜN ÖDƏNİŞİN MƏBLƏĞİ TƏSDİQLƏNDİ

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğinin təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Ümumi təhsil haqqında” Qanunun 27.4-cü maddəsinin üçüncü cümləsinə uyğun olaraq müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 manat təsdiq edilib.