
“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama dəyişiklik edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişib.
Azərbaycan tərəfdən komissiyanın sədri Baş nazirinin müavini Samir Şərifov olacaq, bundan öncə komissiyanın sədri energetika naziri olub.
