
Azərbaycan və Çin arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Çinin dövlət internet informasiya ofisinin naziri Cuan Junven ilə görüşdə aparılıb.
“İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi apardıq. Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışdıq”, – R.Nəbiyev vurğulayıb.
