MUĞANLI–İSMAYILLI–QƏBƏLƏ YOLUNUN BİR HİSSƏSİ 7 GÜN BAĞLI OLACAQ

Muğanlı–İsmayıllı–Qəbələ yolunun 0–8 km hissəsində təmir işləri aparılacaq.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)məlumat verilib.

Bildirilib ki, Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun 0–8 km hissəsində 24 aprel 2026-cı il saat 07:00-dan 30 aprel 2026-cı il saat 24:00-dək təmir işləri aparılacaq.

Təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutu üzrə təmin ediləcək.

Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq.