VLADİMİR PUTİN SABAH PAŞİNYANLA GÖRÜŞƏCƏK

Oktyabrın 12-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

Bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, görüş zamanı Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası, eləcə də regionda sabitliyin möhkəmləndirilməsi və təsərrüfat əlaqələrinin qurulması ilə bağlı addımlar müzakirə olunacaq.

Bir müddət əvvəl, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov N.Paşinyanın Moskvaya səfəri ilə bağlı hazırlıqların aparıldığını bildirmişdi.