
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,59 ABŞ dolları və ya 3,81 faiz artaraq bir barel üçün 125,03 ABŞ dolları təşkil edib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 4,99 dollar və ya 4,34 faiz bahalaşaraq 119,88 dollar olub.
“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,43 dollar və ya 6,07 faiz artaraq bir barel üçün 94,81 dollara atıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 7,29 dollar və ya 5,85 faiz artaraq bir barel üçün 131,97 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
