MDB-NİN İCRAİYYƏ KOMİTƏSİ HAQQINDA ƏSASNAMƏYƏ DAİR PROTOKOL TƏSDİQ EDİLİB

“Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədə əsasən, 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmış “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” Azərbaycan Respublikasının müvafiq qeyd-şərti ilə təsdiq edilib.