
Paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsində ağac avtomobilin üzərinə aşıb.
Ağacın aşması nəticəsində nəqliyyatın hərəkəti dayanıb.
Ağacın altında qalan “VAZ-2107” markalı maşına ziyan dəyib.
Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Trend-ə verilən məlumata görə, aprelin 6-sı saat 10:00-a 27 müraciət daxil olub, onlardan 23-ü ağacların sınması, 4-ü isə qırılmış budaqlarla bağlıdır. Budaqların qırılması ilə bağlı bütün müraciətlər icra edilib. Ağacların sınması ilə bağlı müraciətlərdən isə 19-u icra olunub. Yaxın saatlarda digər 4 ağacla bağlı müraciətə dair bütün işlər görüləcək.
