PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA TBİLİSİDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT EDİBLƏR

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.