
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü çərçivəsində birgə bəyanat qəbul edilib.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının /Vitse-prezidentinin bugünkü görüşündə deyib.
Baş nazir bildirib ki, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahlərdə əçəkdaşlığın dərinləşdirilməsi ətrafında mühüm fikirlər səsləndirildi:
“Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mçövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad tşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır”.
Sonda görüşün nəticələrinə dair birgə bəyanat səsverməyə qoyularaq qəbul edilib.
Ə.Əsədov qeyd edib ki, birgə bəyanatın mətni diplomatik kanallarla tərəflərlə razılaşdırılıb.
