
Bütün sosial ödənişlər martın 13-də qrafikdən əvvəl yekunlaşdırılacaq.
Bu barədə DSMF məlumat yayıb.
Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl – martın 13-də ödənilməsi nəzərdə tutulub.
Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.
