AZƏRBAYCAN VƏ MOLDOVA XİN-LƏRİ ARASINDA MƏSLƏHƏTLƏŞMƏLƏR PLANI İMZALANIB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Moldova xarici işlər naziri Mixay Popşoi “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Moldova Respublikası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı”nı imzalayılar.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, bu sənəd, siyasi dialoqu gücləndirmək, ikitərəfli əməkdaşlığı dərinləşdirmək və Azərbaycan–Moldova tərəfdaşlığını irəlilətmək istiqamətindəki öhdəliyi bir daha təsdiqləyir.