DOST MƏRKƏZLƏRİNDƏ MARTIN 7-9-DA QEYRİ-İŞ GÜNLƏRİ OLACAQ

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 7-9-da DOST mərkəzləri və “DOST Çağrı Mərkəzi 142″də qeyri-iş günü olacaq.

Bu barədə DOST Agentliyindən məlumat verilib.

Bildirilib ki, mərkəzlər martın 10-dan yenidən xidmət göstərəcək.

Qeyd edək ki, Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən martın 9-u, bazarertəsi Azərbaycanda qeyri-iş günüdür.