
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. “Böyük Qayıdış” prosesinin sürətlənməsi.
Prezident İlham Əliyevin Xocavənd və Xocalıda görülən işlərlə tanışlığı, sakinlərlə görüşü, “Böyük Qayıdış” prosesi çərçivəsində azad edilən ərazilərə qayıdan şəxslərin sayının artması fonunda mövzunun şərhi.
2. Xocalı soyqırımının 34-cü ildönümü.
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümü, soyqırımın dünyada tanıdılması, qəbul edilməsi görülən işlər kontekstində mövzunun şərhi.
3. Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığın inkişafı.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun ukraynalı həmkarı Denis Şmıqalla onlayn formatda görüşü, iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı, bunun əhəmiyyəti fonunda mövzunun şərhi.
4. BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 61-ci sessiyasında Ermənistanın ifşası.
Azərbaycan tərəfinin həmin iclasda Ermənistanın müharibə cinayətləri ilə bağlı toxunduğu məsələlərə dair şərh.
5. ABŞ-İran gərginliyinin dərinləşməsi.
ABŞ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi fonunda mövzunun şərhi.
