BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA XOCALI SOYQIRIMININ 34-CÜ İLDÖNÜMÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.” sözləri yer alıb.