MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİSTAN MƏTBUATINDA ERMƏNİ HƏRBİ QULLUQÇUSUNUN YARALANMASI BARƏDƏ YAYILAN MƏLUMATLAR YALANDIR

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.