MÖVLUD ÇAVUŞOĞLU: ABŞ TÜRKİYƏNİ GÜNAHLANDIRMAQ ƏVƏZİNƏ, ÖZ YANLIŞ SİYASƏTİNDƏN ƏL ÇƏKSİN

ABŞ Türkiyəni günahlandırmaq əvəzinə, öz yanlış siyasətindən əl çəksin.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Baydenin Suriya məsələsi ilə bağlı Konqresə ünvanladığı məktubu şərh edərkən deyib.

O bildirib ki, ABŞ rəhbərliyi Konqresə məktub ünvanlayarkən və ya xalqa məlumat verərkən həqiqətləri demir.

Qeyd edək ki, prezident C.Baydenin Konqresə məktubunda Türkiyənin Suriyada mövcudluğunun, ölkənin şimalında keçirdiyi əməliyyatların ABŞ-ın təhlükəsizliyinə təhdid törətdiyi qeyd olunub. C.Bayden ABŞ qoşunlarının Suriyada qalma müddətinin bir il uzadılmasını təklif edib.