SABAH HAVA ƏSASƏN YAĞMURSUZ KEÇƏCƏK

Azərbaycanda fevralın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 14-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 10-15 dərəcə isti olacağı bildirilir.