GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artması

Prezident İlham Əliyevin ABŞ-a səfəri, Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirakı fonunda mövzunun şərhi.

2. Azərbaycanın Rusiya və İran üçün tranzit əhəmiyyətinin yüksəlməsi

 İranın neft naziri Möhsün Paknejadın Rusiya ilə ölkəsinin rus qazının idxalı ilə bağlı yekun razılaşma imzalayacaqlarını bildirməsi, təbii qazın nəqlinin Azərbaycan üzərindən həyata keçiriləcəyi və bunun ölkəmiz üçün əhəmiyyəti  fonunda mövzunun şərhi

3. Azərbaycan və Albaniya arasında münasibətlərin inkişafında yeni mərhələ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Albaniyaya səfəri, burada keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər  fonunda mövzunun şərhi

4. Rusiyadan Ermənistana yönəlik yeni təhdidlər

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Moskvanı əvəz etmək istəyinin kobud həll olduğunu, qurulan sistemin “bir gecədə çökə” biləcəyinə dair səsləndirdiyi fikirlər kontekstində mövzunun şərhi

5. ABŞ və İran arasında müharibə ehtimalının artması

ABŞ-ın 2003-cü ildə İraqa hücumundan bəri Yaxın Şərqə ən böyük aviasiya qüvvələrini yerləşdirməsi, İsrailin İrana qarşı hərbi əməliyyatlarla bağlı hazırlıqlarını intensivləşdirməsi fonunda mövzunun şərhi