
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan və Serbiya arasında münasibətlərin inkişafının daha dinamik mərhələyə keçməsi
Belqradda Prezident İlham Əliyevin və Serbiyadan olan həmkarı Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası fonunda mövzunun şərhi.
2. Prezident İlham Əliyevin Münxendə “France 24” telekanalına müsahibəsi.
Dövlət başçısının separatçıların məhkəməsi ilə bağlı səsləndirdiyi fikirlərinə dair şərh.
3. Azərbaycana beynəlxalq diqqət və marağın artması
Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlər kontekstində mövzunun şərhi.
4. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələri.
Prezident İlham Əliyevin tədbirdə çıxışı fonunda təhlil.
5. Ermənistanda hakimiyyət və kilsə arasında qarşıdurmanın dərinləşməsi.
Ermənistan hakimiyyətinin Avstriyada Erməni Apostol Kilsəsinin Yepiskoplar Şurasının iclasının qarşısını alması, II Qareginin ölkəni tərk etməsinə qadağa qoyulması fonunda mövzunun şərhi.
