
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanın qlobal miqyasda sülh quruculuğuna dair mövqelərinin möhkəmlənməsi
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfəri və “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsinin Azərbaycanın qlobal miqyasda sülh quruculuğu məsələsində də mövqelərinin möhkəmlənməsinə yeni böyük töhfələr verməsi fonunda mövzunun şərhi.
2. Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz qardaşlıq bağları əsasında dinamik inkişafı
Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktub fonunda mövzunun şərhi.
3. Azərbaycanla Ermənistan arasında sülh quruculuğu, qarşılıqlı münasibətlərin inkişafı fonunda Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı
Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafı, bu durumda
rəsmi İrəvanın real addımlar atmasının, Qərbi azərbaycanlıların doğma yurda qayıdışına şərait yaratmasının mümkünlüyü kontekstində mövzunun şərhi.
4. Rusiya və Ermənistan arasında münasibətlərin daha gərgin xarakter alması
Mövzunun Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistan və Avropa İttifaqı münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər kontekstində şərhi.
5. Fransanın müstəmləkəçilik siyasətinin daha aqressiv xarakter alması
Fransanın müstəmləkə ərazilərini istismar etmək və yerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaq siyasətini davam etdirməsi, yerli əhalini doğma torpaqlarını tərk etməyə məcbur etməsi, bu xüsusda Bakı Təşəbbüs Qrupunun yaydığı məlumat fonunda mövzunun şərhi.
