
Azərbaycanın innovasiya ekosistemi fevralın 4-5-də Küveytdə keçiriləcək Beynəlxalq Rəqəmsal Əməkdaşlıq Forumunda (IDCF 2026) təqdim olunacaq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev 5-ci Digital Cooperation Organization (DCO) Baş Assambleyası çərçivəsində təşkil olunan panel müzakirəsində spiker qismində iştirak edəcək.
Şahin Əliyev “İnkişafı sürətləndirmək: rəqəmsal və sosial rifah üçün innovasiya və investisiya” adlı panel çərçivəsində “Zain”, “28 Digital” və “AfriLabs” kimi qurumların rəhbərləri ilə birlikdə “İnnovativ ekosistemin formalaşmasında dövlət siyasətinin rolu”, “Süni intellekt (AI) əsaslı investisiya fondlarında şəffaflıq və tənzimləmə” və “Rəqəmsal iqtisadiyyatda ədalətli qərarların verilməsi üçün tətbiq olunan alətlər” barədə mövzular müzakirə olunacaq.
İRİA-dan bildirilib ki, qurum qlobal əməkdaşlıq və rəqəmsal gələcəyin formalaşmasında fəal iştirak etməyə davam edir.
