GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı

Qazaxıstan Xarici İşlər Nazirliyinin Azərbaycanla əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda ardıcıl surətdə inkişafına dair açıqlaması fonunda təhlili yazıların və məqalələrin hazırlanması;

2. ABŞ-İran gərginliyinin müharibə mərhələsinə keçmə ehtimalı

ABŞ Prezidenti Donald Trampın və digər Amerika rəsmilərinin İranla bağlı son açıqlamaları fonunda mövzunun şərhi edilməsi;

3. Avropa İttifaqının Cənubi Qafqazda destabilizasiya siyasəti

Avropa İttifaqı Sülh Fondundan Ermənistana hərbi xərclər üçün 20 milyon avro yardım ayırması kontekstində mövzunun təhlili;

4. Ermənistan müxalifətində qütbləşmənin bu ölkədə keçiriləcək parlament seçkilərinə təsiri.

Ermənistan müxalifəti düşərgəsində parlament seçkiləri ilə bağlı yeni birlik mərkəzlərinin yaranması, müxaliflərin elektoratının indidən parçalanmağa başlaması fonunda mövzunun şərhi edilməsi;

5. Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı Avropa İttifaqının bu ölkədəki missiyasına sərhədlərin idarə edilməsi ilə əlaqədar bəzi funksiyaların veriləcəyi barədə açıqlamasının təhlili.