SABAH GÜNÜN BİRİNCİ YARISINDA BAKI VƏ ABŞERON YARIMADASININ BƏZİ YERLƏRİNDƏ HAVA YAĞINTILI OLACAQ

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.