AZƏRBAYCAN VƏ BƏƏ PARLAMENTLƏRİ ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI MÜZAKİRƏ OLUNUB

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədr müavini Tariq Humaid Al Tayer ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı iki ölkə liderlərinin rəhbərliyi altında bütün istiqamətlər üzrə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, parlamentlərin fəaliyyəti və verdiyi töhfələr xüsusi vurğulanıb.

Bildirilib ki, spiker Sahibə Qafarova qarşılıqlı rəsmi səfərlərin, eləcə də parlamentlər arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq əlaqələrin inkişafının önəmini qeyd edib. Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Asiya Parlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olmasından razılıq ifadə olunub.

Görüşdə Sahibə Qafarova Milli Məclisin APA-ya iki illik sədrliyi dövründə BƏƏ parlamentinin nümayəndə heyətinin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, APA-nın parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün ümumi və səmərəli platforma olduğunu vurğulayıb. Söhbətdə Milli Məclisin APA-ya uğurlu sədrliyi xüsusilə qeyd edilib.

Görüşdə parlamentlərarası əməkdaşlığın bundan sonra da qarşılıqlı etimad və tərəfdaşlıq prinsipləri əsasında uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Azərbaycan və BƏƏ parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub (FOTO)