YANVARIN 27-DƏN MƏKTƏBLƏRDƏ QIŞ TƏTİLİ BAŞLAYACAQ

Ümumi təhsil müəssisələrində qış tətili yanvarın 27-dən başlayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 5 gün davam edəcək tətil qərar məktəbəhazırlıq qruplarına da şamil edilir.

Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.