
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Dünyanın aparıcı şirkətlərinin Azərbaycana artan marağı.
Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin müxtəlif şirkətlərin təmsilçiləri ilə keçirdyi görüşlər fonunda mövzunun şərhi.
2. Azərbaycanda ikinci neft bumu.
Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirakı zamanı səsləndirdiyi fikilər əsasında mövzunun şərhi.
3. Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi.
Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupun ikinci iclası kontekstində mövzunun şərhi.
4. Paşinyanın Ermənistan və Azərbaycanın enerji sistemlərinin TRIPP çərçivəsində birləşdiriləcəyi barədə açıqlaması.
Qarşı tərəfin Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyəti və bunun sülh quruculuğuna təsiri fonunda şərh.
5. Xankəndi şəhərinə ilk köç karvanının yola salınması.
Şəhər sakinlərinin 35 ildən sonra qayıdışının əhəmiyyəti mövzusunda şərh.
