İŞÇİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILANDA ONA ÖDƏNİLƏN MÜAVİNƏTİN MİQDARI ARTIRILIB

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişiklik edilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Daha əvvəl işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyirdi.

Qanuna əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.