GECƏ NÖVBƏSİNƏ TƏYİN OLUNAN İŞÇİLƏRİN AİLƏ VƏZİFƏLƏRİ NƏZƏRƏ ALINACAQ

Gecə növbəsinə işə təyin edilərkən işçilərin ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları nəzərə alınacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınacaq.