RAUF VƏLİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – SƏRƏNCAM

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvadiq Sərəncam imzalayıb.

Qeyd edək ki, Rauf Vəliyev 2013-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı.