GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi.

Qərb Sənaye Parkının yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı Fərman əsasında mövzunun şərhi.

2. Azərbaycanda enerji resurslarından səmərəli istifadə əmsalının yüksəldilməsi.

Prezident İlham Əliyevin Milli Məclisin qəbul etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləməsi kontekstində mövzunun şərhi.

3. Ermənistan ərazisində dəmir yolunun Azərbaycan və Türkiyə sərhədlərinə aparan hissələrinin bərpası, bunun əhəmiyyəti.

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan Ermənistandakı dəmir yolunun Azərbaycan və Türkiyə sərhədlərinə aparan hissələrinin bərpası ilə bağlı mümkün qədər tez qərar verməsini istəməsi, fonunda mövzunun şərhi.

4. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəsində ilk “ASAN xidmət” mərkəzinin açılışına dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirməsi.

“ASAN xidmət” brendinin mütərəqqli təcrübə kimi dünyada yayılmasının əhəmiyyətinə dair təhlil.

5. Qəzzanın idarəçiliyi ilə əlaqədar Sülh Şurasının yaradılması.

Bu idarəçilik formasının Yaxın Şərqdə sülhyaratma prosesinə müsbət təsirləri fonunda təhlil.