
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan tərəfindən Ermənistanla sülh prosesinin irəlilədilməsi.
Dörd erməni məhbusun Ermənistana qaytarılması fonunda mövzunun şərhi.
2. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası.
Sənəddə azad edilmiş ərazilərdəki mədəni irsin dağıdılması, İşğal və Zəfər muzeylərinin yaradılması, ölkə həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı yer alan müddəalar fonunda təhlil.
3. İtaliya-Azərbaycan münasibətlərinin strateji səviyyədə inkişafı.
Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası, 2026-2027-ci illər üçün Birgə Fəaliyyət Planının tədiqlənməsi fonunda mövzunun şərhi.
4. Azərbaycanın milli azlıqların beynəlxalq səviyyədə müdafiəsi istiqamətində fəaliyyətini genişləndirməsi
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq keçiriləcək Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans, eləcə də Bakı Təşəbbüs Qrupunun daha əvvəlki tədbirləri kontekstində mövzunun şərhi
5. İran-Ermənistan münasibətlərində gərginlik
İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin son mətbuat konfransında söylədikləri fikirlər əsasında mövzunun şərhi.
