GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azad edilmiş ərazilərdə dağ-mədən sənayesi üzrə ilk layihə

Azad edilmiş ərazilərdə iqtisadi canlanmanın növbəti mərhələsi kimi dağ-mədən sənayesi üzrə ilk layihə işə salınıb. Bu addım regionun təbii resurs potensialından səmərəli istifadə, yeni iş yerlərinin yaradılması və dövlət gəlirlərinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.

2. TRIPP layihəsi və Ermənistan-ABŞ əməkdaşlığı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqton səfəri çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşü zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) proqramı üzrə Ermənistan-ABŞ çərçivə sazişinə dair birgə bəyanat təsdiqlənib. Bu sənəd İrəvan-Vaşinqton münasibətlərində yeni siyasi və strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

3. Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında keçirilən telefon danışığında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional təhlükəsizlik, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub. Tərəflər koordinasiyanın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

4. İranda etirazlar davam edir

İranda etiraz aksiyaları fonunda vəziyyət gərgin olaraq qalır. ABŞ Prezidenti Donald Tramp etirazçıların edam edilməsi halında Vaşinqtonun çox ciddi tədbirlər görəcəyini bəyan edib. O, ABŞ-ın İrandakı etirazçılara dəstək üçün hərbi, iqtisadi və digər alternativ mexanizmlərə malik olduğunu bildirib.

5. Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi

Avropa Birliyi fevral ayında Rusiyaya qarşı 20-ci sanksiyalar paketini hazırlamağı planlaşdırır. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın sözlərinə görə, yeni paket üzərində işlər yekunlaşmaq üzrədir və yaxın zamanda təqdim olunacaq. Bu addım Brüsselin Moskvaya təzyiq siyasətinin davamı kimi qiymətləndirilir.