BAKI-AĞSTAFA-BAKI İSTİQAMƏTİNDƏ ENDİRİMLİ QİYMƏTLƏRLƏ ƏLAVƏ QATAR REYSLƏRİ TƏYİN EDİLİB

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimli qiymətlərlə əlavə qatar reysləri təyin edir.

ADY-dən bildirilib ki, yanvarın 5-dən etibarən Bakı–Ağstafa–Bakı ekspres tipli qatar biletinin qiymətinə 10 faiz endirim tətbiq olunur.

Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.