AZAL-IN BU GÜNƏ PLANLAŞDIRILAN BAKI-TEHRAN-BAKI REYSİ LƏĞV EDİLİB

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.

AZAL-dan bildirilib ki, bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq.