DÖVLƏTƏ MƏXSUS KREDİT TƏŞKİLATLARININ YENİDƏN TƏŞKİLİ VƏ LƏĞVİNƏ AZƏRBAYCAN PREZİDENTİ QƏRAR VERƏCƏK – FƏRMAN

Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarında (bundan sonra kredit təşkilatı) həmin səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştirak etmə hüququ olan şəxslərin siyahısı genişləndirilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, sözügedən kredit təşkilatlarının yenidən təşkili və ləğvinə Azərbaycan Respublikasının Prezidenti qərar verəcək.

Həmçinin, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının Nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla həyata keçirəcək.