GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan tərəfindən regional sülh gündəliyinin irəli aparılması.

Prezident İlham Əliyevin ABŞ nümayəndə heyətini qəbul edərkən qeyd olunan xüsusda səsləndirdiyi fikirlər fonunda mövzunun şərhi.

2. 2026-cı ildə Ordu quruculuğunun yenə də prioritet olacağı.

Prezident İlham Əliyevin xalqa Yeni il təbrikində bununla bağlı səsləndirdiyi fikirləri əsasında təhlil.

3. Azərbaycan və Ermənistan arasında sülh sazişinin cari il ərzində yekunlaşdırılması.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin cari il ərzində yekunlaşdırılmasının mümkülnlüyü kontekstində mövzunun şərhi.

4. Ermənistanda müxalifət nümayəndələrinə qarşı yeni həbslər.

İlin sonunda reallaşan həbslərin bu ölkədə seçkiqabağı siyasi gərginliyi daha da artırması mövzusunda şərh. 

5. Amerika qitəsində mümkün siyasi dəyişikliklər.

Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra ABŞ Prezidentinin Kuba və Kolumbiya barədə səsləndirdirdiyi fikirlər əsasında Amerika qitəsində mümkün siyasi dəyişikliklər fonunda mövzunun şərhi.