MİLLİ MƏCLİS PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVAYA TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu ünvanlayıb.

Məclisin sədri Sahibə Qafarova parlamentin 2025-ci il payız sessiyasının sonuncu plenar iclasında təbrik məktubu ünvanlanması təklifi ilə çıxış edib.

Təklif alqışlarla qəbul edilib.