NAZİRLƏR KABİNETİNİN BİR NEÇƏ SOSİALYÖNÜMLÜ QƏRARLARINDA DƏYİŞİKLİKLƏR EDİLDİ

Nazirlər Kabinetinin bir neçə sosialyönümlü qərarlarında dəyişikliklər edilib.

Nazirlər Kabinetinin 294 və 295 nömrəli Qərarlarına dair izahında bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılmışdır. Fərmanda sözügedən mərkəzlərdə göstəriləcək xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı, habelə həmin xidmətlərin göstərilməsi qaydası müəyyən olunub.

Bundan irəli gələrək Nazirlər Kabinetinin bir neçə sosial qərarlarında dəyişiklik edilib.

Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün, Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin hesablanması və ödənilməsi, Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi , “Evdə (səyyar) sosial xidmətin göstərilməsi, Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi, Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə də müraciət edə bilər.