PREZİDENT İLHAM ƏLİYEV PAKİSTAN PREZİDENTİNƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Arif Alviyə başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, ölkənizin Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.