ONLAYN VƏ ÇAP MEDİASI SUBYEKTLƏRİNƏ DƏSTƏK LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ELAN EDİLƏN MÜSABİQƏNİN NƏTİCƏLƏRİ AÇIQLANIB

Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini açıqlanıb.

Bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri açıqlanıb.