Küveytin “Jazeera Airways” aviaşirkətinə məxsus təyyarə Türkiyənin bomba xəbərdarlığı ilə əlaqədar Trabzon şəhərinin hava limanında təcili eniş edib.
Hava limanına çoxlu sayda polis qüvvələri cəlb olunub. Aeroport müvəqqəti olaraq bağlanıb.
Qeyd olunur ki, sərnişinlər təyyarədən tək-tək yoxlanaraq buraxılıb. Partlayıcı maddə mütəxəssisləri təyyarədə axtarış aparıb.
İlkin məlumatlara əsasən, təyyarədə partlayıcı maddə aşkar edilməyib.