GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın kütləvi idman və olimpiya ölkəsinə çevrilməsi.

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirakı və çıxışı fonunda təhlil.

2. Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin genişləndirilməsinin mümkünlüyü.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun, onun erməni həmkarı Ararat Mirzoyanun bu xüsusda səsləndirdikləri fikirlər əsasında mövzunun şərhi.

3. 907-ci düzəlişin ləğvi.

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətninin yerləşdirilməsi, layihəyə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvinin, qanunun mündəricatında həmin maddə ilə əlaqəli bəndin çıxarılmasının nəzərdə tutulması fonunda mövzunun şərhi.

4. Rusiyanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı öhdəliklərinin icrasından yayınması, bunun Azərbaycanla münasibətlərə təsiri.

Rusya tərəfindən vurulan AZAL təyyarəsi ilə bağlı Rusiya istintaq komitəsi tərəfindən cinayət işinə xitam verilməsi, bununla sözügedən ölkənin öhdəliklərinin icrasından yayınması fonunda mövzunun şərhi.

5. Azərbaycanın humanitar missiyasının genişlənməsi.

Ölkəmizin il ərzində Suriyada və digər ölkələrə göndərdiyi humanitar yardımlar fonunda mövzunun şərhi.