
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müasir texnologiyalar əsasında hazırlanmış yeni rəsmi veb-saytı ictimaiyyətin istifadəsinə verib.
Bu barədə Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, həm funksionallığı, həm də dizayn baxımından innovativ tələblərə uyğunlaşdırılaraq proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsipləri və yeniliklər tətbiq edilib. Belə ki, sözügedən internet resursunda abidələr və muzeylər üzrə ətraflı və strukturlaşdırılmış məlumat bazası və həmçinin İçərişəhər ərazisində keçiriləcək tədbirlər haqqında müasir təqvim sisteminə əsaslanaraq tam və aktual məlumat bazası yerləşdirilib. Hər bir istifadəçi təqvimə keçid edərək tədbirlərin formatından asılı olaraq maraq doğuran proqramda iştirak edə, gələcək layihələr haqqında məlumat ala bilər. Yeni sayt sadə və müasir interfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətli çıxış imkanı yaratması ilə yanaşı, çoxdilli dəstək funksiyası veb-saytı Azərbaycan və ingilis dillərində istifadə oluna bilən əlçatan platformaya çevirir.
Saytla ünvanına keçid edərək yaxından tanış olmaq mümkündür.
