
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. ABŞ-ın Lemkin İnstitutunun Azərbaycan və Ermənistan arasında sülh əleyhinə fəaliyyəti.
Azərbaycanın QHT nümayəndələrinin ABŞ Prezidentinə bu ölkənin Lemkin İnstitutunun zərərli mövqe və fəaliyyəti ilə bağlı ünvanladığı məktub fonunda mövzunun şərhi.
2. Orta Dəhliz üzrə yük axınlarının artmasının Azərbaycan üçün əhəmiyyəti.
Orta Dəhliz üzrə yük axınlarının artmasının Azərbaycan üçün strateji, iqtisadi müstəvidə yaratdığı üstünlüklər kontekstində mövzunun şərhi.
3. Ermənistan-Azərbaycanla sərhədində quru yükdaşımalarının həyata keçirilməsinin mümkünlüyü.
Ermənistan Azərbaycanla iki ölkə sərhədində quru yükdaşımalarının həyata keçirilməsini təklif etməsi, bu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyanın müvafiq açıqlamaları fonunda mövzunun şərhi.
4. Ermənistanın Atom Elektrik Stansiyasının istifadəyə yararsız olması və növbəti dəfə 5 aylıq təmirə dayandırılacağı.
Sözügedən AES-in təkcə Cənubi Qafqazın deyil, ümumən Avropanın ekoloji təhlükəsizliyinə qlobal təhdid olması mövzusunda şərh.
5. ABŞ-nin Ukrayna ilə Rusiya arasında sülh təşəbbüsləri.
ABŞ tərəfindən hazırlanmış sülh planının Moskvanın rəyi üçün təqdim edilməsi, Ukrayna prezidenti V.Zelenskinin Donbas və digər strateji zonalarda demilitarizasiya zonalarının yaradılmasına açıq olduqlarını bildirməsi fonunda mövzunun şərhi.
