AZƏRBAYCAN KOSMONAVTLARIN XİLAS EDİLMƏSİ HAQQINDA SAZİŞƏ QOŞULUB

“Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulub.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanmış “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulsun.