AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA QARŞILIQLI HƏRBİ TƏHLÜKƏSİZLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ DAİR ANLAŞMA MEMORANDUMU TƏSDİQLƏNİB

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.

Sənədə əsasən, 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” təsdiq edilib.