
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Beynəlxalq münasibətlər sistemində ikili standartların davam etməsi və bunun yaratdığı fəsadlar.
Prezident İlham Əliyevin Ağdam şəhərində 2-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşü zamanı qeyd olunan xüsusda səsləndirdiyi fikirlər fonunda mövzunun şərhi.
2. Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları.
Müxtəlif ölkələrin liderlərinin doğum günü ilə əlaqədar təbrik məktublarında dövlət başçısının liderlik keyfiyyətlərinin xüsusi vurğulanması, eləcə də Azərbaycanla olan əməkdaşlığa verilən yüksək qiymət fonunda mövzunun şərhi.
3. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının birinci ildönümü.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının birinci ildönümü, ötən dövr ərzində verdiyi vədlərə baxmayaraq, Rusiyanın hələ də bu qəza ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetriməməsi fonunda mövzunun şərhi.
4. Azərbaycan ərazisindən Ermənistana ixracın artması.
Rusiya baş nazirinin müavini Aleksey Overçukun ölkəsinin yaxın vaxtlarda Azərbaycan ərazisindən Ermənistana təkcə taxıl deyil, həm də digər məhsullar, xüsusən gübrələr tədarük etməyi planlaşdırması barədə verdiyi açıqlamalar kontekstində mövzunun şərhi.
5. ABŞ-ın Ermənistandakı səfirinin geri cağırılması.
Co Bayden Administrasiyası dövründə təyin edilmiş, ölkəmizə qarşı qərəzli açıqlamaları ilə tanınan ABŞ-ın Ermənistandakı səfirinin geri çağırılmasının Vaşinqtonun Cənubi Qafqaz siyasətindəki dəyişiklikləri əks etdirməsi mövzusunda şərh.
