
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azad olunan ərazilərdə abadlıq-quruculuq işləri
Prezident İlham Əliyevin azad olunan ərazilərə son səfəri fonunda mövzunun şərh edilməsi;
2. Zəngəzur dəhlizinin açılması prosesinin sürətlənməsi
Azərbaycan, ABŞ, Türkiyə və Ermənistan təmsilçilərinin Zəngəzur dəhlizi ilə bağlı danışıqları intensivləşdirməsi istiqamətində məqalə, təhlil və açıqlamaların hazırlanması;
3. Ermənistanın itkinlər mövzusu ilə bağlı əsassız iddiaları
“İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamənin BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunması və Ermənistanın bu mövzuda əsassız iddiaları ilə bağlı yazıların yazılması;
4. WUF13-ün Bakıda keçirilməsinin Azərbaycan üçün qlobal səviyyədə yeni strateji imkanlar açması
Gələn il Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (World Urban Forum 13 – WUF13) keçirilməsinin Azərbaycan üçün strateji imkanlar yaradacağı kontekstində mövzunun şərhi, onun əhəmiyyəti istiqamətində şərh, araşdırma materiallarının hazırlanması;
5. Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvada erməni diasporu tərəfindən soyuq qarşılanması
Növbəti parlament seçkiləri ərəfəsində Nikol Paşinyanla Rusiyadakı diaspor nümayəndələri arasında qarşıdurmanın kəskinləşməsi fonunda təhlili.
