GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması.

Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması fonunda ölkədə abadlıq-quruculuq işlərinin yeni vüsət alacağı konktestində mövzunun şərhi

2. Azərbaycan-Monteneqro əlaqələrinin bütün sahələrdə inkişafı.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında ikitərəfli münasibətlərin inkişafına dair səsləndirdiyi fikirləri əsasında təhlil.

3. Azərbaycanın uğurlu COP təcrübəsi.

Türkiyə vitse-prezidenti Cevdet Yılmazın Türkiyənin Azərbaycan kimi uğurlu COP keçirmək istədiyinə dair səsləndirdiyi fikirlər fonunda mövzunun şərhi.

4. Ermənistan baş naziri Nikol Paşinyanın bu ölkənin dəmiryolları şəbəkəsinin təmiri və bərpası ilə bağlı Rusiyadan yardım istəməsi.

Ermənistanın müstəqil dövlət kimi öz dəmiryollarını müasirləşdirmək imkanında olmaması, Rusiyanın asılılığından çıxa bilməməsi kontekstində şərh.

5. Qərbi Azərbaycana qayıdış prosesinə xidmət edən fəaliyyətin genişlənməsi.

Qərbi Azərbaycana həsr olunan “Böyük yolun davamı” adlı konfrans konktestində mövzunun şərhi.